“Beşiktaş” “Benfika”nın yarımmüdafiəçisi Orkun Kökçünü transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir tərəflər arasında danışıqlar davam edir. “Beşiktaş” Kökçünü icarəyə götürmək üçün 5 milyon avro ödəməyə hazırdır. Müqavilədə 20 milyon avroluq məcburi satınalma bəndi də yer alacaq.
Orkun Kökçü ötən mövsüm “Benfika”nın heyətində meydana çıxdığı 55 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

