15 İyun 2026
Ölkə futbolu

“Şamaxı” futbolçusu ilə yollarını ayırdı

“Şamaxı” futbolçusu Səbayıl Bağırovla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu Bağırova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Səbayıl Bağırov ötən mövsüm “Şamaxı”nın heyətində 21 rəsmi matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43