15 İyun 2026
Dünya futbolu

Dünya çempionatında “Real”ın oyunları fərqləndi

Klublararası dünya çempionatına ən çox tamaşaçı gələn “Real”ın oyunları olub.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun iştirak etdiyi matçlara orta hesabla 67 247 tamaşaçı gəlir.  Klublararası dünya çempionatı zamanı stadiona orta tamaşaçı sayı 37 mindir. 

Xatırladaq ki, Madrid klubu bu gün yarımfinal mərhələsində PSJ ilə üz-üzə gələcək. Görüş saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43