“Arsenal”ın futbolçusu Leandro Trossard karyerasını “Fənərbağça”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu belçikalı oyunçu üçün danışıqlara başlayıb. “Fənər” London klubuna 15 milyon avroluq təklif göndərib.
“Arsenal” Leandro Trossardı 2023-cü ilin yanvar ayında “Brayton”dan transfer edib. Belçika millisinin üzvü ötən mövsüm “topçular”ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

