15 İyun 2026
Dünya futbolu

“Arsenal”ın futbolçusu “Fənər”ə doğru

“Arsenal”ın futbolçusu Leandro Trossard karyerasını “Fənərbağça”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu belçikalı oyunçu üçün danışıqlara başlayıb. “Fənər”  London klubuna 15 milyon avroluq təklif göndərib.

 “Arsenal” Leandro Trossardı 2023-cü ilin yanvar ayında “Brayton”dan transfer edib. Belçika millisinin üzvü ötən mövsüm “topçular”ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43