04 İyul 2026
Dünya futbolu

Dünya çempionatının ən yaxşı futbolçusu bəlli oldu

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı ingilis PSJ-yə qarşı finalda (3:0) dubl edib. Onun aktivində həmçinin iki məhsuldar ötürmə var.

Palmer turnirin ən yaxşı oyunçusu mükafatını ABŞ prezidenti Donald Trampın əlindən alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43