“Zirə”dən ayrılan müdafiəçi Məqsəd İsayevin “Kəpəz”lə anlaşdığı xəbərini vermişdik.
Futblçunun Gəncə klubundakı maaşı da bəlli olub. Təcrübəli oyunçu “sarı-göylər”də aylıq 7 min manat qazanacaq. Onunla yaxın günlərdə rəsmi müqavilə bağlanması gözlənilir.
31 yaşlı müdafiəçi bu günə qədər Premyer Liqada 255 oyun keçirib. Onun aktivində 6 qol və 13 məhsuldar ötürmə var.
İdmanxeber.az

