19 İyun 2026
Dünya futbolu

Almaniya klubu yeni hücumçu transfer etdi

Almaniyanın “Leypziq” klubu yeni transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa klubu PSV-dən Yohan Bakayokonu heyətinə qatıb. “Leypziq” belçikalı vinger üçün Niderland klubuna təzminat da ödəyib.

Almaniya klubu PSV-yə 18+4 milyon avro verəcək.

22 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43