Çempionlar Liqasında çıxış edəcək “Vilyarreal” yeni qapıçı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, La Liqa klubu “Real”ın qapıçısı Andrey Luninin transferində maraqlıdır. Ukraynalı qolkiper Madrid klubundan ayrılmaq istəmir.
Ancaq yüksək maaşlı müqavilə təklifi onun fikrini dəyişdirə bilər.
Lunin 2024/25 mövsümündə bütün turnirlərdə 14 oyun keçirib və 19 top buraxıb.

