19 İyun 2026
Dünya futbolu

“Beşiktaş” öncə anlaşdı, sonra transferdən vaz keçdi

“Beşiktaş” heyətinə qatmaq istədiyi Kayl Uolker-Pitersin transferindən vaz keçib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb oyunçunun İstanbul klubu ilə anlaşdığının ardından “Vest Hem Yunayted”lə danışıqlar aparması olub. 

 İngiltərəli müdafiəçi İstanbul təmsilçisindən zaman tələb etsə də, paralel olaraq Premyer Liqa klubuyla masaya oturub.

Bu vəziyyət “Beşiktaş” rəhbərliyini özündən çıxarıb və onlar transferdən vaz keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43