15 İyun 2026
Ölkə futbolu

Bu 4 klub AFFA-ya müraciət etdi – Üçü bölgəni təmsil edir

Azərbaycan II Liqasında iştirak etmək üçün daha dörd klub AFFA-ya rəsmi müraciət ünvanlayıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Göyəzən”, “Naftalan”, “Rekord klub” və “Xudat Siti” adlı klublar 2025/26 mövsümündə II Liqada çıxış etmək niyyətlərini AFFA-ya rəsmi formada bildiriblər .

Müraciət məktubları artıq AFFA-ya təqdim olunub və qurumun yaxın günlərdə bu müraciətlərlə bağlı rəsmi qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, klubların II Liqada iştirak edə bilmələri üçün AFFA-nın müəyyən etdiyi infrastruktur, maliyyə və təşkilati meyarlara cavab vermələri vacibdir.

Fərid Nəsibov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43