13 İyun 2026
Ölkə futbolu

Sabah” Sloveniyada dəstəksiz qalmayacaq 

“Sabah” bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə səfərdə “Çelye” ilə üz-üzə gələcək.

Təmsilçimiz Sloveniyada dəstəksiz qalmayacaq. Bu barədə İdmanxeber.az saytına klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. 

Onun sözlərinə görə, 50-yə yaxın həmyerlimiz komandamızı stadiondan dəstəkləyəcək.

“Çelye” – “Sabah” matçı bu gün saat 22:00-da start götürəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43