Növbəti mövsüm çempionluq iddiasında olan “Şəfa” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumata görə, paytaxt klubu heyətini yeni hücumçu ilə gücləndirib. Komanda ötən mövsüm “Mingəçevir”də çıxış edən Nahid Əliyevlə anlaşıb.
Rusiyanın “Zenit” klubunun yetirməsi ilə bu yaxınlarda müqavilə imzalanacaq.
N.Əliyev ötən mövsüm “Mingəçevir” forması ilə 7 qol vurub.

