İtaliyanın “Milan” klubu “Mançester Yunayted”in danimarkalı hücumçusu Rasmus Höylundun transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, “Milan” rəhbərliyi yaxın günlərdə futbolçunun meneceri ilə görüş keçirəcək.
22 yaşlı hücumçunun “Mançester Yunayted”dən ayrılmaq istədiyi bildirilir. Höylund klubda xoşbəxt olmadığını açıqlayıb və karyerasını A Seriyasında davam etdirməyə müsbət baxır.
Qeyd edək ki, Rasmus Höylund ötən mövsüm bütün turnirlərdə ümumilikdə 52 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid Nəsibov

