UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Bakıda “Şelburun”a (İrlandiya) qarşı keçirəcəyi matçı italiyalı hakim idarə edəcək.
İdmanxeber.az-ın məlumatına görə, görüşün baş hakmi Andrea Kolombo, köməkçiləri isə Stefano Alassio və Dario Cekkoni təyin edilib.
“Qarabağ” – “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

