“Qəbələ” klubu akademiyanın fəaliyyətini məhdudlaşdırmasından sonra daha bir radikal qərar qəbul edib.
AFFA-nın klublara ayırdığı vəsaiti azaltmasının ardından maliyyə sıxıntısı yaşayan əyalət klubu ayaqda qalmaq üçün çıxış yolu axtarır.
Büdcə baxımından çətinlik çəkən bölgə təmsilçisi aşağı yaş qrupu məşqçilərinin bəziləri ilə yollarını ayırıb.
Rəhbərlik 6 mütəxəssisin müqaviləsinə son verib. C və B kateqoriyalı məşqçilər artıq “Qəbələ” ilə vidalaşıb.
İdmanxeber.az

