07 İyul 2026
Ölkə futbolu

“Karvan” “Liverpul”un sabiq futbolçusunu transfer etdi

“Karvan” “Liverpul”un sabiq futbolçusunu transfer etdi.

İdmanxeber.az-ın məlumatına görə, Yevlax təmsilçisi Şri Lanka millisinin yarımmüdafiəçisi Samuel Durrant ilə 1 illik müqavilə imzalayıb.

23 yaşlı futbolçu karyerasına İngiltərənin nəhəng klubu “Liverpul”da başlayıb. Daha sonra “Blekbörn”, “Dandalk” və “Konnas Ki” kimi klubların formasını geyinib.

Durrant Şri Lanka yığmasında 7 oyunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43