08 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası: Bakı 4-cü oldu

UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunlarında qeydə alınan azarkeş sayısı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu mərhələdə ən çox tamaşaçı Yunanıstanda müşahidə edilib. “Panatinaikos”la “Reyncers” arasındakı görüşü stadiondan 36 121 nəfər izləyib.

Bu, II təsnifat mərhələsinin cavab qarşılaşmaları üçün ən yüksək göstəricidir. 

Bu oyunla yanaşı, daha 3 görüşə azarkeşlər böyük maraq göstərib. Onların arasında təmsilçimiz “Qarabağ”ın da matçı var.

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

FKSB – “Şkendiya” – 32 457, (1:2)

“Srvena Zvezda” – “Linkoln” – 31 241 (5:1)

“Qarabağ” – “Şelburn” – 25 573 (1:0)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43