16 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubu portuqaliyalını razı salmağa çalışır – ÖZƏL

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirə bilər. 

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Dieqo Verdaşka ilə təmasa keçib. Tərəflər arasında danışıqlar start götürüb. Portuqaliyalı özü də yenidən “sarı-göylər”də çıxış etmək istəyir. 

Əgər son anda gözlənilməz nəsə baş verməsə, təcrübəli müdafiəçi növbəti mövsüm də “Kəpəz”də çıxış edəcək.

28 yaşlı oyunçu ötən mövsüm Gəncə klubunun heyətində 30 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43