15 İyul 2026
Dünya futbolu

London klubu “Real”a 100 milyon ödəyəcək?

“Real”ın vingeri Rodriqo “Tottenhem”ə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Son Hın Minin klubdan ayrılmasından sonra londonlular 24 yaşlı braziliyalını transfer etməyə yaxındırlar.

Qeyd edək ki, daha əvvəl Rodriqo ilə “Liverpul”, “Arsenal”, “Çelsi” və “Bavariya”nın maraqlandığı bildirilirdi. Madrid klubu oyunçu üçün ən azı 100 milyon avro istəyir.

2024/25 mövsümündə Rodriqo bütün yarışlarda 54 matçda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43