02 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Şkendiya” oyununun biletləri sabah satışa çıxarılır

“Qarabağ” – “Şkendiya” oyununun biletləri sabah satışa çıxarılır.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri avqustun 5-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

 Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43