“Mançester Yunayted” yeni mövsüm üçün daha bir transferini reallaşdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonun transferi üçün razılıq əldə edib. Müqavilənin maliyyə detalları 66.4 milyon funt-sterlinq sabit ödəniş və 7.4 milyon funt bonus şəklindədir.
Sloveniyalı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçərək rəsmi müqavilə imzalayacağı gözlənilir.

