08 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın hücumçusu klubdan gedə bilər 

“Qarabağ”ın hücumçusu Emmanuel Addainin Kiprin APOEL klubuna keçidi gündəmdədir.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı qanalı vingerlə danışıqlar davam edir. Addai ötən ilin avqustundan Ağdam təmsilçisində çıxış edir və hazırda “Transfermarkt” onun dəyərini 1,2 milyon avro olaraq göstərir.

“Köhlən atlar”ın heyətində 42 oyuna çıxan futbolçu 4 qol və 2 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43