05 İyul 2026
Ölkə futbolu

“Leyptsiq” Super Liqadan hücumçu aldı

“Leyptsiq” klubu heyətini Braziliya hücumçusu Romulo Kardoso ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı forvard Türkiyə Super Liqasında “Göztəpə”nin formasını geyinirdi. Alman təmsilçisi ilə onun arasında 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Transferin dəyərinin 20 milyon avro olduğu, əlavə bonuslarla isə məbləğin 25 milyona çata biləcəyi bildirilir.

Romulo geridə qalan mövsümdə “Göztəpə”nin heyətində 29 matçda meydana çıxaraq, 13 dəfə rəqib qapısına yol tapıb və 9 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43