06 İyul 2026
Ölkə futbolu

“Kəpəz” daha bir transferini açıqladı 

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən “Kəpəz” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 

Donaldın son klubu Belarus təmsilçisi BATE olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43