“Mançester Siti” kapitanı İlkay Gündoğanın klubdan ayrılmasına razılıq verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik almaniyalı yarımmüdafiəçi ilə görüş keçirib və onun ayrılmaq istəyini qəbul edib. 33 yaşlı futbolçunun yaxın günlərdə yeni klub axtarışına başlayacağı gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin “Qalatasaray” klubu Gündoğanla maraqlandığını açıqlamışdı.

