24 İyun 2026
Dünya futbolu

İngiltərə klubu “Milan”la danışıq aparır

“Bornmut” “Milan”ın müdafiəçisi Aleks Ximenesi heyətinə qatmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, İngiltərə klubu 20 yaşlı futbolçunun icarəsi və sonradan satınalma hüququ ilə transferi üçün “Milan”la danışıqları davam etdirir. Yay transfer pəncərəsi isə 3 gün sonra bağlanır.

Ximenes 2024-cü ildən “Milan”da oynayır və 34 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43