“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində bütün ev görüşlərini keçirəcəyi arena dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Bakıdakı 30 mindən artıq tamaşaçı tutumuna malik arenada artıq Çempionlar Liqasının qarşılaşmalarına hazırlıq işləri görülür.

