12 İyul 2026
Dünya futbolu

“Liverpul” 35 milyon təklif etdi, London klubu əlavə bonus istəyir

“Kristal Pelas” müdafiəçisi Mark Qehinin transferi ilə bağlı yeni mövqeyini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, “Liverpul” 25 yaşlı futbolçu üçün 35 milyon funt-sterlinq təklif edib. Lakin London klubu bu məbləğin üzərinə əlavə olaraq 5 milyon funt bonus da tələb edib.

Hazırda tərəflər arasında danışıqlar davam edir və “Liverpul” transfer pəncərəsi bağlanmadan keçidi yekunlaşdırmağa çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43