12 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın ÇL-də ev oyunlarını keçirəcəyi stadion bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində bütün ev görüşlərini keçirəcəyi arena dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bakıdakı 30 mindən artıq tamaşaçı tutumuna malik arenada artıq Çempionlar Liqasının qarşılaşmalarına hazırlıq işləri görülür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43