“Atletik”in futbolçusu Niko Uilyams Çempionlar Liqasının “Qarabağ”la matçını buraxa bilər.
İdmanxeber.az xəbər verir ki, 23 yaşlı oyunçu İspaniya millisinin heyətində zədələnib. Onun təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
“Qarabağ” oktyabrın 22-də səfərdə “Atletik”lə qarşılaşacaq.

