17 İyul 2026
Dünya futbolu

“Real”ın hədəfində 16 yaşlı hücumçu

Çempionşip təmsilçisi “Lester”in gənc hücumçusu Ceremi Monqa “Real Madrid”in transfer siyahısına düşüb.

İdmanxeber.az “Fichajes”ə istinadən xəbər verir ki, Madrid klubu 16 yaşlı futbolçunun çıxışını izləyir, lakin hələlik rəsmi addım atmayıb.

Monqa ötən mövsüm 15 yaşında Premyer Liqada debüt edib. Cari mövsümdə isə 5 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43