05 İyun 2026
Dünya futbolu

“Qalatasaray” – “Liverpul” matçının hakimi müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qalatasaray” – “Liverpul” oyununu fransız FIFA referisi Klement Turpen idarə edəcək.

İdmanxeber.az xəbər verir ki, təcrübəli hakimin köməkçiləri də həmyerliləri olacaq. Oyun zamanı dördüncü hakim və VAR otağında da fransız referilərinin çalışacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma bu həftə İstanbulda oynanılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43