“Real Madrid”in futbolçusu Dani Karvaxal zədələnib.
İdmanxeber.az xəbər verir ki, müdafiəçi La Liqada “Atletiko Madrid”lə keçirilən oyunda sol ayağından xəsarət alıb. Tibbi müayinədən sonra futbolçunun ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Karvaxal bu mövsüm “Real Madrid”in əsas heyət üzvlərindən biri olub.

