Misirin “Əl-Əhli” klubu Portuqaliyalı mütəxəssis Brunu Lajini yeni baş məşqçi postuna dəvət etsə də, tərəflər razılığa gəlməyib.
İdmanxeber.az-ın məlumatına görə, günlərlə davam edən danışıqlardan sonra Laji təklifi rədd edib.
O və ailəsi bu addıma açıq olsalar da, Avropanın aparıcı liqalarından maraq gəldiyi üçün mütəxəssis digər təklifləri gözləməyi üstün tutub.

