Misli Premyer Liqasının VII turunda “Sumqayıt” “Turan Tovuz”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, “kimyaçılar” görüşə itkilərlə çıxacaq. Ayxan Süleymanlı və Abdul Rəşid Mumini zədə səbəbindən matçda formada geyinə bilməyəcək.
“Turan Tovuz”da da itkilər var. Enrike Silva və David Tamareş zədəli olduğu üçün meydana çıxa bilməyəcək.
Qarşılaşma saat 19:30-da start götürəcək.

