04 İyul 2026
Dünya futbolu

Vlahoviç “Yuventus”dan ayrılmaq qərarına gəldi!

“Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az “Calcio mercato” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvard Turin klubundan ayrılmaq istəyir.

Məlumata görə, “Bavariya” və “Atletiko Madrid” Vlahoviçi transfer etmək üçün maraqlanır.

Qeyd edək ki, serbiyalı futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43