Azərbaycan II Liqa təmsilçisi “Quba” klubunun baş məşqçisi bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Elman Sultanovla anlaşıb. Tərəflər arasında davam edən danışırlar müsbət nəticələnib. Sultanov karyerasını “Quba”da davam etdirəcək.
Xatırladaq ki, təcrübəli mütəxəssisin son iş yeri “Baku Sportinq” klubu olub.

