Fransa millisinin hücumçusu Kilian Mbappenin Azərbaycanla oyun öncəsi son durumu bəlli olub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ulduz futbolçu yığmamıza qarşı matçda meydanda olacaq. Onun Azərbaycan millisinə qarşı çıxış edəcəyi bildirilir.
Daha öncə Mbappenin zədəli olduğu və bu görüşü buraxacağı yazılırdı. Ancaq ulduz futbolçunun durumu ciddi deyil. O, sabah millimizə qarşı forma geyinəcək.
“Real”ın üzvü bügünkü oyun öncəsi mətbuat konfransında Didye Deşamla birgə iştirak edəcək.
Xatırladaq ki, Fransa – Azərbaycan görüşü sabah saat 22:45-də start götürəcək.

