“Arsenal” yanvar transfer pəncərəsində bir neçə futbolçusunu komandadan ayrılmağa hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, “topçular”ın “gedənlər siyahısı”nda üç oyunçunun adı yer alır – müdafiəçi Oleksandr Zinçenko, yarımmüdafiəçi Leandro Trossard və hücumçu Qabriel Jezus.
Baş məşqçi Mikel Artetanın komandası İngiltərə Premyer Liqasının ilk yeddi turundan sonra 16 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. London təmsilçisi ən yaxın izləyicisi “Liverpul”u bir xal qabaqlayır.

