06 İyul 2026
Ölkə futbolu

Qurban Qurbanov bu braziliyalı futbolçunu bəyəndi, diqqətdə saxlanılmasını istədi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın son turunda “Kəpəz”ə qarşı keçirilən oyundan sonra rəqib komandanın futbolçusuna maraq göstərib.

İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli mütəxəssis “Kəpəz”in 22 yaşlı mərkəz müdafiəçisi Jefferson Bentunun çıxışını bəyənib. Q.Qurbanov gənc futbolçunun oyun intizamı və fiziki göstəricilərini yüksək qiymətləndirib.

Bildirilir ki, “Qarabağ” baş məşqçisinin istəyilə yay transfer pəncərəsində müdafiəçini heyətə qatmaq ehtimalını nəzərdən keçirəcək. 

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43