“Barselona” Frenki de Yonqla yeni müqavilə barədə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, niderlandlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər sözləşmə imzalanacaq. Rəsmi açıqlamanın bu həftə verilməsi gözlənilir.
De Yonqun sərbəstqalma məbləği 500 milyon avro olacaq. 28 yaşlı futbolçu bu mövsüm 8 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

