“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən uzaqlaşdırılan İrfan Can Kahveci İstanbulda klubunu dəyişə bilər.
İdmanxeber.az xəbər verir ki, “Beşiktaş” 30 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Klub yanvar ayında “Fənərbağça”ya rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, İrfan Can 2021-ci ildə “Başakşehir”dən 7 milyon avroya “Fənərbağça”ya transfer olunub və bu mövsüm 12 oyunda forma geyinib.

