06 İyun 2026
Ölkə futbolu

“Kəpəz” və “Qarabağ”dan qələbə – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 8-ci tur start götürüb.

İdmanxeber.az xəbər verir ki, bununla da milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan 12 günlük fasilə başa çatıb.

İlk oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Şamaxı” “Kəpəz”i qəbul edib və görüş Gəncə klubunun qələbəsilə başa çatıb – 4:1.

Digər qarşılaşmada “Turan Tovuz” evdə son çempion “Qarabağ”ı qəbul edib. Matçda Ağdam klubu qələbə qazanıb – 2:1.

Turun digər matçları 18 və 19 oktyabr tarixlərində oynanılacaq.

17 oktyabr (cümə)

14:30. “Şamaxı”– “Kəpəz” 1:4

Qollar: Sezar Enrike, 11 (1:0), Fərid Nəbiyev, 34 (1:1), 39 (1:2), Luis Paçu, 67 (1:3), 85 (1:4)
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Şamaxı şəhər stadionu

19:00. “Turan Tovuz” – “Qarabağ” 1:2

Qol: Alexandro Serrano, 40, Nəriman Axundzadə, 55, Abdullah Zubir, 63
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43