14 İyul 2026
Ölkə futbolu

Matça doğru: Dörd futbolçu meydanda olmayacaq 

Misli Premyer Liqasının XI turunda “Şamaxı” doğma meydanda “İmişli”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə itkilərlə çıxacaq. Andrey Tirkaveanu zədə səbəbindən oynamayacaq. Abdullahi Şuaybu və Alfons Msanqa isə cəzalı olduqları üçün bu qarşılaşmanı kənardan izləyəcəklər.

“İmişli”də isə cəmi bir itki var. Vüsal Qəmbərov zədə səbəbindən matçda çıxış edə bilməyəcək.

Qeyd edək ki, “Şamaxı” – “İmişli” qarşılaşması noyabrın 7-də keçiriləcək. Matçın start fiti 13:44-də səsləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43