14 İyul 2026
Ölkə futbolu

“Neftçi” problemi həll etdi – Müqavilə üçün yenidən Bakıya gəlir 

“Neftçi”nin dayaq yarımmüdafiəçisi İdrissa Dumbiya ilə maraqlandığından xəbərdarsınız. Oyunuçu bir müddət öncə Bakı gəlsə də, tərəflər razılaşa bilməmişdi. 

Bu səbəbdən də yarımmüdafiəçi ölkəmizi tərk etmişdi. Ancaq “Neftçi” bu transferdən əl çəkməyib. Rəhbərlik Dumbiya ilə danışıqları davam etdirib və nəhayət ki, ortaq məxrəcə gəlib.

Uzun müddət davam edən danışıqlar müsbət yekunlaşıb. Dumbiyanın meneceri ilə olan problem də həll edilib. 

Yarımmüdafiəçi yaxın günlərdə yenidən Bakıya gələcək. Onunla ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, İdrissa Dumbiya karyerası ərzində “Anderlext”, “Sportinq”, “Ueska” və “Alanyaspor” kimi tanınmış klubların formasını geyinib. O, 2023-cü ildən bəri Fil Dişi Sahilləri millisində 4 oyunda iştirak edib.

İdmanxeber.az / Fərid Nəsibov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43