19 İyun 2026
İdman

Azərbaycan cüdoçusu yarımfinalda

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib.

İdmanxeber.az xəbər verir ki, 1/8 finalda mərhələsində Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi 1:0 hesabı ilə üstələyərək, Heydərov adını növbəti raunda yazdırıb.

O, 1/4 finalda qambiyalı Faye Alek Njiedən də üstün olub.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43