15 İyun 2026
İdman

Olimpiya çempionumuz İslamiadada finala yüksəldi

VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.

İdmanxeber.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev yarımfinal mərhələsində bəhreynli Said Sadrudinovla qarşılaşıb.

Kotsoyev rəqibin üç şido cərimə xalı alması nəticəsində görüşü qələbə ilə başa vurub.

Təmsilçimiz finalda misirli Omar Elramli ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43