“Mançester Yunayted” Kazemironun komandada qalması üçün ona daha aşağı maaşlı yeni müqavilə təklif etməyə hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, klub 33 yaşlı braziliyalının illik maaşını 22 milyon avrodan 7–9 milyon avroya endirmək istəyir. Kazemiro bu şərtləri qəbul edərsə, müqavilə 2027-ci ilə qədər uzadılacaq. Razılıq əldə olunmasa, onun qışda ayrılığı mümkündür.
Kazemiro bu mövsüm Premyer Liqada 11 oyunda 3 qol və 1 assistlə yadda qalıb.

