“Qarabağ” UEFA Çempionlar Liqası V mərhələsində səfərdə “Napoli” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu İtaliyadakı matçda dəstəksiz qalmayacaq. Komandamızı Neapoldakı qarşılaşmada 1000-dən çox azarkeş qələbəyə səsləyəcək. Avropada yaşayam həmyerlilərimiz oyuna böyük maraq göstərirlər.
Xatırladaq ki, “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

